Bakı. Trend:
Ermənistanla Azərbaycan arasında baş verən toqquşmalar məsələsində obyektiv mövqe tutmaq lazımdır.
Trend-in məlumatına görə, bunu Avropa Parlamentinin Polşadan olan deputatı Tomeş Poreba öz "Twitter" səhifəsində yazıb.
"Söhbət Ermənistanla Azərbaycan arasında toqquşmalardan gedəndə öz mövqeyimizdə obyektiv olmalıyıq. Ermənistan çox uzun müddət Rusiyanın yaxın müttəfiqi olub, Azərbaycan isə Polşanın və Qərbin etibarlı və strateji dostu olub", - deputat yazıb.
(Tərcümə: Orxan Nəbiyev)