...

Azərbaycan və Ermənistan arasında atəşkəs rejiminin təmin olunmasında ABŞ-ın rolu olmayıb - MƏNBƏ

Siyasət Materials 19 Sentyabr 2022 10:53 (UTC +04:00)
Azərbaycan və Ermənistan arasında atəşkəs rejiminin təmin olunmasında ABŞ-ın rolu olmayıb - MƏNBƏ

Bakı. Trend:

Azərbaycan və Ermənistan arasında atəşkəs rejimini ABŞ təmin etməyib

Trend-in etibarlı mənbədən əldə etdiyi məlumata görə, Ermənistan parlamentinin spikeri Alen Simonyanın guya atəşkəs rejimini ABŞ təmin etməsilə bağlı açıqlaması yalandır. Atəşkəs rejiminin təmin olunmasında ABŞ-ın hər hansı xüsusi rolu olmayıb.

Sentyabrın 13-də Rusiya tərəfinin təşəbbüsü ilə atəşkəslə bağlı razılıq əldə olunub. Amma Ermənistanın hücumlarını davam etdirdiyinə görə bunu təmin etmək mümkün olmayıb.

Bundan sonra tərəflərin birbaşa təmasları vasitəsilə atəşkəs təmin edilib.

Ermənistan parlamentinin spikeri Alen Simonyanın guya atəşkəs rejimini ABŞ təmin etməsilə bağlı açıqlaması ABŞ-a yaltaqlıqdan başqa bir şey deyildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti