...

ABŞ səfirliyi Anım Günü ilə bağlı paylaşım edib

Siyasət Materials 27 Sentyabr 2022 13:07 (UTC +04:00)
ABŞ səfirliyi Anım Günü ilə bağlı paylaşım edib
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-ın Azərbaycandakı səfirliyi 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edib.

Trend-in məlumatına görə, bu barədə səfirliyin rəsmi sosial şəbəkə hesabında bildirilib.

"27 sentyabrda Ermənistan ilə Azərbaycan arasında münaqişədə həyatlarını itirənləri yad edir, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirik. Amerika Birləşmiş Ştatları Cənubi Qafqaz regionunda sülhün bərqərar olması istiqamətində işləməyə sadiqdir", - deyə qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti