...

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Şuşada yeni inşa olunan bir sıra obyektlərdə işlərin gedişi ilə tanış olublar (FOTO)

Siyasət Materials 28 Sentyabr 2022 14:01 (UTC +04:00)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Şuşada yeni inşa olunan bir sıra obyektlərdə işlərin gedişi ilə tanış olublar (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Şuşa şəhərində inşa olunan yeni yaşayış kompleksində, Şuşa otel və konfrans mərkəzində aparılan tikinti işləri ilə, Azərbaycan Respublikasının Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyinin binasında yaradılan şəraitlə, Mehmandarovların malikanə kompleksində, yenidən qurulan oteldə aparılan təmir-bərpa işlərinin və Şuşa şəhəri 1 saylı tam orta məktəbin binasında tikinti işlərinin gedişi ilə tanış olublar.

Dövlətimizin başçısına və birinci xanıma Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin mənzil kommunal və təmir xidmətinin inzibati binasında görüləcək əsaslı təmir işləri barədə də məlumat verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti