...

Rusiya Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına kompleks kömək göstərir - Zaxarova

Siyasət Materials 6 Oktyabr 2022 15:38 (UTC +04:00)
Rusiya Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına kompleks kömək göstərir - Zaxarova

Bakı. Trend:

Biz müttəfiqlərimiz olan Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına kompleks kömək göstəririk.

Trend-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

"Bizim hərtərəfli təkliflərimiz Rusiya XİN-in xüsusi nümayəndəsinin səfərləri zamanı Bakı və İrəvana təhvil verilib. Bizim rolumuzu şübhə altına alanlar arzu etdiklərini həqiqət kimi qələmə verir. Biz praktiki işlə məşğuluq, bunu hansısa əlamətdar tarix və ya gözəl format üçün etmirik, nəticə əldə etməyə çalışırıq. Sülh danışıqları məsələsinin yüksək həssaslığını nəzərə alaraq, biz aparılan danışıqların detallarına ictimai şəkildə şərh etməyi məqsədəuyğun hesab etmirik", - deyə o bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti