Bakı. Trend:
Azad edilmiş ərazilərin bərpası prosesində "yaşıl" və dayanıqlı yanaşma tətbiq etmək lazımdır.
Bunu Trend-ə BMT-nin "UN-Habitat" Proqramının əməkdaşı Klas Qrot deyib.
"Biz gördük ki, Qarabağda böyük işlər görülür, çoxlu maraqlı planlar hazırlanıb, onlarla tanış olmaq maraqlı oldu. Mən şəhərlərin daha "yaşıl" və dayanıqlı ola biləcəyi barədə fikirlərimi bölüşdüm və ümid edirəm ki, Milli Şəhərsalma Forumunda müzakirə olunan məsələlər real bərpa prosesinə tətbiq olunacaq", - deyə o bildirib.
(Tərcümə: Orxan Nəbiyev)