...

Beynəlxalq birlik niyə görməzdən gəlir? - Gəncənin 5 dəfə bombalanması XXI əsrin ən qanlı cinayətidir

Siyasət Materials 8 Oktyabr 2022 21:09 (UTC +04:00)
Beynəlxalq birlik niyə görməzdən gəlir? - Gəncənin 5 dəfə bombalanması XXI əsrin ən qanlı cinayətidir
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan Birinci və İkinci Qarabağ müharibəsində yaşayış məntəqələrini bombalamaqla adını hərb tarixinin qara siyahısına yazdıran ölkələrdən biridir. Ermənistan Vətən müharibəsi zamanı cəbhədəki uğursuzluqlarını kompensasiya etmək üçün döyüşdə belə qadağan olunmuş silahlardan şəhər və rayonlarımızı ballistik raket zərbələrinə məruz qoyub.

2020-ci ilin oktyabr ayında Gəncə şəhəri Ermənistan Silahlı Qüvvələri tərəfindən 5 dəfə ayrı-ayrı zamanlarda bombalanıb.

İlk hücum 4 oktyabrda baş vermiş və 1 mülki şəxs şəhid olub. 30-dan çox şəxs isə yaralanıb. İkinci raket hücumu isə 5 oktyabrda baş verib. Hücum nəticəsində 3 mülki şəxs yaralanıb. Üçüncü raket hücumu oktybarın 8-də olub, həlak olan və yaralanan olmayıb. Dördüncü raket hücumu isə 11 oktyabrda baş verib və nəticədə 10 mülki şəxs şəhid olub və 40-dan çox insan yaralanıb.

Mülki şəxsləri hədəf alan beşinci raket hücumu isə 17 oktyabrda baş verib. Hücum nəticəsində hamısı mülki şəxslər olmaqla. 16 nəfər şəhid olub, 55 nəfər isə yaralanıb. Hücumlar zamanı şəhərin infrastrukturuna, yaşayış binaları da daxil olmaqla, digər binalara, avtomobillərə ciddi ziyan dəyib.

Ermənistanın bu qanlı hücumu nəticəsində şəhid olanlar və yaralananlar arasında uşaqlar və qadınlar da olub.

İkinci Qarabağ müharibəsində ümumilikdə Ermənistan tərəfindən Gəncə, Bərdə, Yevlax, Beyləqan, Tərtər, Qəbələ, Goranboy, Ağcabədi, Xızı və digər şəhər və rayonlarımız ballistik raketlər və digər ağır artilleriya qurğularından atəşə tutulub.

Bu hərbi təcavüzlər nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla, 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb, 35 uşaq müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 181 uşaq valideynlərindən birini, 5 uşaq hər iki valideynini itirib, bir ailə isə tamamilə məhv edilib. Ümumilikdə 12292 yaşayış və qeyri-yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib. Ermənistan terorru nəticəsində həlak olan hər bir dinc sakinlə bağlı cinayət işləri açılıb, beynəlxalq məhkəmələrə, təşkilatlara müraciətlər olunub.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib ki, Ermənistan Azərbaycana qarşı terroru nə bu gün, nə iki il əvvəl başlamayıb. Təəssüf ki, 1980 ci ildən bu günə kimi davam edən bu münaqişə boyunca düşmən Azərbaycan xalqına qarşı dəfələrlə soyqırımlar, beynəlxalq cinayətlər törədib.

"1992-ci ildə Ermənistanın əvvəlki terrorçu hakimiyyəti xalqımıza qarşı müharibə cinayəti – Xocalı soyqırımını törətdi. Günahsız mülki şəxslər vəhşicəsinə, qəddarcasına öldürüldü. Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş müxtəllif illərdə baş verən Xocalı soyqırımı, Gəncə terroru öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Mən düşünürəm ki, istər Xocalı, istərsə də Gəncə terroru bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Lakin hələ də Xocalı soyqırımı layiqli dəyərini almayıb. Əgər vaxtilə Xocalıya görə cinayətkarlar cəzalandırılsaydılar, XXI əsrdə Gəncə terroru baş verməzdi. Azərbaycan hökuməti xarici ölkələrdə davamlı olaraq bu cinayətlər barədə təbliğatlar aparıb, dünyanı məlumatlandırır", - deyə o əlavə edib.

Deputat qeyd edib ki, yenə də beynəlxalq rəy bütün bu bəşəri cinayətləri görməzdən gəlir.

"Qeyd edim ki, 2-ci Dünya müharibəsindən sonra dünyanın 151 yerində 231 silahlı konflikt baş verib ki, bütün bu müharibələrin içində öz miqyası, qəddarlığı, insanlığa sığmayan əməlləri ilə fərqlənən elə cinayət aktları vardır ki, onlara heç cür haqq qazandırmaq mümkün olmayacaq. Təkcə Azərbaycan tarixinin deyil, bütün bəşər tarixinin ən dəhşətli hadisələrindən biri məhz Ermənistan hakimiyyətinin Azərbaycan xalqının sivil insanlarına qarşı törətdiyi həmin cinayət aktlarından biridir", - deyə M.Cəfərov əlavə edib.

Onun sözlərinə görə, 2020-ci ilin oktyabr ayında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin 5 dəfə ayrı-ayrı günlərdə bombalanması XXI əsrin cinayətidir.

"Ermənistan 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların əlavə protokollarını, habelə 10 oktyabr 2020-ci il tarixdə saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini açıq aşkar pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutdu.
Bu gün müasir dövrün bizə verdiyi bütün imkanlardan maksimum istifadə edərək, Gəncə terrorunun əsl terror aktı olduğunu beynəlxalq aləmə tanıtmalıyıq. Əgər biz bu yöndə boşluqlar buraxsaq, təbii ki, erməni terror olayını görməzdən gəlməkdə israrlı olan dünya birlik və təşkilatları buna layiqincə qiymət verməyəcəkdir", - deyə o bildirib.

Bütün bunlar bir daha sübut edir ki, Ermənistan ordusu heç vaxt qaydalar çərçivəsində müharibə aparmaq fikrində olmayıb. Onlar dinc insanlara, mülki obyektlərə, evlərə məqsədli şəkildə zərbələr endirməklə beynəlxalq hüququn fundamental normalarını pozub. Bütün bunlar müharibə cinayətləri kimi araşdırılmalı və Ermənistan layiq olduğu cəzanı almalıdır.

Təssüfki dünya birliyi, beynəlxalq təşkilarlar, xarici dövlətlər tərəfindən bu məsələdə də ikili standartlar tətbiq olunur. Bu günə qədər Erməni terroru görməzdən gəlinir. Gəncənin bombalanması Ermənistanın dövlət səviyyəsində terroru dəstəkləməsinin göstəricisidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti