...

Ermənistan 30 il boyunca Azərbaycanın milli-mədəni irsini Qarabağdan silməyə çalışıb - Türkiyənin Baş Ombudsmanı (ÖZƏL)

Siyasət Materials 18 Oktyabr 2022 12:15 (UTC +04:00)
Ermənistan 30 il boyunca Azərbaycanın milli-mədəni irsini Qarabağdan silməyə çalışıb - Türkiyənin Baş Ombudsmanı (ÖZƏL)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan 30 il boyunca Qarabağda mədəni irsi abidələrə, dini məbədlərə qarşı vandallıq aktı törədiblər. Azərbaycanın milli-mədəni izlərini o torpaqlardan silməyə çalışıblar.

Bunu Trend-ə özəl açıqlamasında Asiya Obudsmanlar Assosiasiyasının bu gün keçirilən iclası çərçivəsində Bakıda səfərdə olan Türkiyə Baş Ombudsmanı Şərəf Malkoç deyib.

O qeyd edib ki, Ermənistan haqsız olaraq Azərbaycanın torpaqlarını 30 il işğal altında saxladı.

“Dünya bu haqsızlığa səsini çıxarmadı. Birləşmiş Millətlər Təşkilatı bu işğalın beynəlxalq hüquqa zidd olduğunu bildirdi. Lakin işğala son qoyulması üçün heç nə edilmədi. Azərbaycan özü öz torpaqlarını işğaldan azad etdi. Amma bunu gördük ki, Ermənistan 30 il boyunca Qarabağda mədəni-irsi abidələrə, dini məbədlərə qarşı vandallıq aktı törədib. Azərbaycanln milli-mədəni izlərini o torpaqlardan silməyə çalışıblar. Uzaq mənzilli raketlərlə Azərbaycanın şəhərlərini bombaladılar. Ombudsman Səbinə Əliyevanın dəvəti ilə Azərbaycana gəlib bütün bunları aşkarlayıb, hesabat hazırladıq. Daha sonra ermənilər o torpaqlardan çıxarkən insan haqlarına , beynəxalq hüquqa ziddi bir şəkildə o ərazilərə minalar düzdülər - deyə Baş Ombudsman qeyd edib.

Ş.Malkoç həmçinin bildirib ki, Ermənistanın bu etdikləri yalnız insan haqlarında deyil, beynəlxalq hüquqda da cinayət sayılır.

Ümid edirik ki, bizim hazırladığımız bu hesabatlardan yola çıxaraq Ermənistan qanun qarşısında məsuliyyətə cəlb olunar. Beynəxalq təşkilatların bunlara hələ də susduğunu görürük, bilirik. Lakin bunlar bizi yolumuzdan döndürməyəcək, üzərimizə düşəni etməyə davam edəcəyik”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti