...

Ərdoğan oktyabrın 20-də Azərbaycana səfər edəcək

Siyasət Materials 18 Oktyabr 2022 14:40 (UTC +04:00)
Ərdoğan oktyabrın 20-də Azərbaycana səfər edəcək
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 20-də Zəngilan hava limanının açılışı üçün Azərbaycana səfər edəcək.

Trend-in məlumatına görə, bunu Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın bu gün "A Haber”ə müsahibəsində bildirib.

O qeyd edib ki, Qarabağın bərpası istiqamətində müsbət işlər görülür.

"Qarabağın bərpası, iqtisadiyyatının dirçəldilməsi, məcburi köçkünlərin öz torpaqlarına geri qaytarılması Cənubi Qafqazda təhlükəsizliyi və sabitliyi daha da gücləndirəcək", - deyə İ.Kalın əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti