...

Avstriya mətbuatında Zəngilan hava limanının Qarabağın vacib nəqliyyat qovşağına çevrilməsində rolu barədə məqalə dərc olunub

Siyasət Materials 22 Oktyabr 2022 10:23 (UTC +04:00)
Avstriya mətbuatında Zəngilan hava limanının Qarabağın vacib nəqliyyat qovşağına çevrilməsində rolu barədə məqalə dərc olunub

Bakı. Trend:

Avstriyanın dasfazit.at onlayn qəzetində "Azərbaycan Qarabağı dirçəldir, Qərb isə hələ də münaqişənin həlli üzərində düşünür" adlı məqalə dərc olunub.

Trend-in məlumatına görə, məqalə Zəngilan hava limanının açılışına və regionun nəqliyyat-kommunikasiya infrastrukturunun genişlənməsində roluna həsr olunub.

Məqalədə qeyd olunur ki, oktyabrın 20-də Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak ediblər.

Vurğulanır ki, Azərbaycan və Türkiyə prezidentləri hava limanının rəmzi açılışını bildirən lenti kəsiblər. Zəngilan Beynəlxalq Hava Limanının rəmzi açarları prezidentlərə təqdim edilib.

Məqalədə bildirilir ki, Zəngilan Beynəlxalq Hava Limanının asfalt-beton örtüklü uçuş-enmə zolağının uzunluğu 3 min metr, eni isə 60 metr təşkil edir. Perronun sahəsi 60 min kvadratmetrdir. Bu hava limanı bütün növ təyyarələri, o cümlədən genişgövdəli ağır yük təyyarələrini qəbul edəcək. Hava limanı ICAO və IATA standartlarına uyğun uçuşların həyata keçirilməsinə imkan verəcək. Müasir dünya tələblərinə cavab verən beynəlxalq aeroportun terminalı saatda 200 sərnişinə xidmət göstərmək imkanına malik olacaq.

Materialda, həmçinin qeyd olunur ki, Zəngilan Beynəlxalq Hava Limanı işğaldan azad olunan ərazilərdə Füzulidəki hava limanından sonra istifadəyə verilmiş beynəlxalq statuslu ikinci aeroportdur. Üçüncü hava limanı isə Laçın rayonunun ərazisində inşa olunur.

Məqalədə diqqət Zəngilan hava limanının Qarabağın mühüm nəqliyyat qovşağına çevrilməsini şərtləndirən əsas obyektlərdən biri olmasına yönəldilir. Qeyd olunur ki, Bu hava limanı Zəngəzur dəhlizinin hava nəqliyyatı infrastrukturu ilə gücləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir.

Məqalədə o da vurğulanır ki, hava limanı Çindən Avropaya uzanan böyük İpək Yolu layihəsi çərçivəsində Asiya ilə Avropanı birləşdirəcək böyük bir nəqliyyat dəhlizinin mərkəzində yerləşən bir böyük nəqliyyat layihəsi kimi tarixə düşür.

Zəngilanın işğaldan azad edildiyi gün açlışı olan bu hava limanı həm sülhün, ədalətin, həm də bundan sonra da regionda bu cür meqalayihələrin həyata kçiriləcəyinə bir işarədir. Şərqi Zəngəzurdan açılan belə bir böyük layihə Zəngəzur dəhlizinin açılması ilə də öz tamlığını əldə edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti