...

Prezident İlham Əliyev: Karbohidrogen ehtiyatlarının nəqli marşrutları Xəzər regionundakı ölkələrə daha yaxşı inteqrasiya olunma imkanı yaradacaq

Siyasət Materials 25 Noyabr 2022 11:05 (UTC +04:00)
Prezident İlham Əliyev: Karbohidrogen ehtiyatlarının nəqli marşrutları Xəzər regionundakı ölkələrə daha yaxşı inteqrasiya olunma imkanı yaradacaq

Bakı. Trend:

Hesab edirəm ki, karbohidrogen ehtiyatlarının nəqli üçün istismarda olan marşrutlar Xəzər regionunun bütün ölkələrinə daha inteqrasiya edilmiş vəziyyətdə olmağa imkan verəcək.

Trend xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev “Orta dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” adlı beynəlxalq konfransın açılışındakı çıxışında deyib.

Azərbaycanın Türkmənistan ilə əməkdaşlığının uzun tarixi olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib: “Bu gün Azərbaycan Türkmənistandan yüklərin tranziti üçün geniş imkanlar təqdim edir. Ələtdəki dəniz limanının ərazisində Türkmənistandan göndərilən yüklər üçün xüsusi yer ayrılıb”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti