...

Azərbaycan Ordusunun Baş Qərargah rəisinin ABŞ-a səfəri başlayıb

Siyasət Materials 28 Noyabr 2022 17:45 (UTC +04:00)
Azərbaycan Ordusunun Baş Qərargah rəisinin ABŞ-a səfəri başlayıb

Bakı. Trend:

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Amerika Birləşmiş Ştatlarında səfərdədir.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, səfər zamanı nümayəndə heyətinin ABŞ-ın hərbi rəhbərliyi və “Ştatla Tərəfdaşlıq Proqramı” çərçivəsində Oklahoma ştatında görüşlərin keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, səfər çərçivəsində Azərbaycan Ordusu ilə Oklahoma Milli Qvardiyası arasında əməkdaşlığın 20 illiyi münasibətilə bir sıra tədbirlər təşkil olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti