...

İran və Ermənistanın siyasi rejimi mahiyyət etibarı ilə eynidir - Elçin Mirzəbəyli

Siyasət Materials 30 Noyabr 2022 12:30 (UTC +04:00)
İran və Ermənistanın siyasi rejimi mahiyyət etibarı ilə eynidir - Elçin Mirzəbəyli
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

İran Urmiya gölünü qurutmaqla ekoloji terror törədir, beynəlxalq mədəniyyət izlərini silir, bir millətin yaddaşını silməyə və məhv etməyə cəhd göstərir.

Trend-in məlumatına görə, bunu siyasi şərhçi Elçin Mirzəbəyli Bakıda “Urmiya gölünün qurudulması” ilə bağlı keçirilən ictimai müzakirədə çıxışı zamanı deyib.

O qeyd edib ki, İranın Ermənistandan heç bir fərqi yoxdur. “İran və Ermənistanın siyasi rejimi mahiyyət etibarı ilə demək olar ki, eynidir. İran rejimi erməni rejiminin həyata keçirdiklərini təkrarlayır. Güneydə olan soydaşlarımız İran rejiminin ağrısını çəkirlər. İranın orada yaşayan xalqlar haqqında beynəlxalq təşkilatlara təqdim etdiyi statistik sənədlərdən başlayaraq bütün həyata keçirdiyi siyasətin təməlində yalnız saxtakarlıq dayanır. Verilən informasiyalar milli kimlik üzərindən deyil, məzhəb və din anlayışı üzərindən təqdim olunur”, - deyə E.Mirzəbəyli bildirb.

O qeyd edib ki, İranda hazırda 50-dən çox erməni məktəbi fəaliyyət göstərir. “Erməni dili dərinləşdirilmiş formada tədris edilir. Lakin nə BMT-yə təqdim olunan sənədlərdə, nə də Güney Azərbaycanda, bütövlükdə İran adlanan indiki dövlətin ərazisində konkret olaraq Azərbaycan türkcəsinin dərindən tədrisinin tam şəkildə həyata keçirilməsini təsdiqləyən məktəbin olması faktına rast gəlinməyib", - deyə siyasi ekspert əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti