Bakı. Trend:
Azərbaycan Dövlət Televiziyasının (AzTV) "Həftə" proqramının müəllifi və aparıcısı Rövşən Məmmədov verilişin son buraxılışında İranın Qarabağda həyata keçirdiyi talançılıqla bağlı faktları açıqlayıb.
AzTV-dən Trend-ə verilən məlumata görə, Rövşən Məmmədov İranın Azərbaycanla bağlı qərəzli siyasətini tənqid etməklə yanaşı, qonşu ölkənin sərvətlərimizi necə, hansı şirkətlər vasitəsilə talaması barədə məlumatları da təqdim edib.