...

Azərbaycan-Özbəkistan əməkdaşlığı bir çox ölkələr üçün nümunədir - Səfir (FOTO)

Siyasət Materials 5 Dekabr 2022 15:08 (UTC +04:00)
Azərbaycan-Özbəkistan əməkdaşlığı bir çox ölkələr üçün nümunədir - Səfir (FOTO)
Natavan Rzayeva
Natavan Rzayeva
Bütün xəbərlər

Bakı. Trend:

Dekabrın 5-də Bakıda Özbəkistan Respublikası Konstitusiyasının 30 illiyinə həsr olunmuş tədbir keçirilib.

Trend xəbər verir ki, tədbir Özbəkistanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə təşkil olunub.

Tədbirdə Özbəkistanın Azərbaycandakı səfiri Bəhrom Əşrəfxanov, Azərbaycan Milli Məclisinin üzvləri, ölkənin elm və mədəniyyət xadimləri, işgüzar dairələrin nümayəndələri iştirak ediblər.

Bəhrom Əşrəfxanov çıxışında Konstitusiyanın qəbulunun ölkədə dövlət quruculuğunda, hüquq sisteminin inkişafında mühüm rol oynadığını qeyd edib.

Səfir Özbəkistan-Azərbaycan əlaqələrinin əhəmiyyətini də vurğulayıb. O, iki ölkə arasında dostluq və strateji tərəfdaşlığın sürətlə inkişaf etdiyini və bu əməkdaşlığın dünyanın bir çox ölkələri üçün nümunə olduğunu qeyd edib.

Bəhrom Əşrəfxanovun sözlərinə görə, son bir ildə Özbəkistan və Azərbaycan arasında mədəni-humanitar əməkdaşlıq yeni səviyyəyə yüksəlib.

Tədbir zamanı Özbəkistan Prezidentinin 30 avqust 2022-ci il tarixli sərəncamına əsasən, iki ölkə arasında əlaqələrin inkişafındakı xidmətlərinə görə Azərbaycanın bir sıra mədəniyyət və elm xadimləri Özbəkistanın dövlət ordenləri ilə təltif edilib.

Qeyd edək ki, Özbəkistan Respublikasının Konstitusiyası 1992-ci il dekabrın 8-də qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti