...

Azərbaycan vətəndaşları öz ölkənin istənilən bölgəsinə sərbəst getmək imkanına malik olmalıdırlar - Metyu Brayza

Siyasət Materials 14 Dekabr 2022 07:55 (UTC +04:00)
Azərbaycan vətəndaşları öz ölkənin istənilən bölgəsinə sərbəst getmək imkanına malik olmalıdırlar - Metyu Brayza
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan ekoloqları və Azərbaycanın digər vətəndaşları öz ölkənin istənilən bölgəsinə sərbəst getmək imkanına malik olmalıdırlar.

Bunu Trend-ə ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza Rusiya sülhməramlılarının Qarabağda müvəqqəti yerləşdirildiyi ərazidə Azərbaycan QHT-lərinin davam edən etirazlarını şərh edərkən deyib.

“Təəssüf ki, bildiyimiz kimi, münaqişə və işğal illərində bu, bir çox hallarda, xüsusən də təhlükəsizlik baxımından praktiki olaraq mümkün deyildi. Azərbaycan QHT-lərinin ziyarət etmək istədikləri təbii sərvət mənbələrinin dəqiq yerini bilmirəm. Təbii ki, hüquqi nöqteyi-nəzərdən Azərbaycan QHT-lərinin Azərbaycan ərazisinin bu bölgələrinə getmək hüququ var”, - deyə keçmiş səfir bildirib.

M.Brayza hesab edir ki, uzunmüddətli perspektivdə Rusiya sülhməramlılarının Azərbaycanda olması ən yaxşı variant deyil.

“Lakin onlar indiyədək nisbətən konstruktiv rol oynayıblar, Gürcüstan və Moldova ilə müqayisədə daha konstruktiv rol oynayıblar”, o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti