...

GUAM-ın Xarici İşlər Nazirləri Şurasının 40-cı iclası keçirilib (FOTO)

Siyasət Materials 20 Dekabr 2022 19:14 (UTC +04:00)
GUAM-ın Xarici İşlər Nazirləri Şurasının 40-cı iclası keçirilib (FOTO)

Bakı. Trend:

20 dekabr 2022-ci il tarixində Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat – GUAM-ın Xarici İşlər Nazirləri Şurasının video-konfrans formatında 40-cı iclası keçirilib.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, GUAM-nın Fəaliyyətdə olan Sədri, Moldovanın xarici işləri Nicolae Popeskunun sədrliyi ilə keçirilən iclasda Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov iştirak edib. İclasda, Gürcüstanı xarici işlər naziri İlia Darçiaşvili, Ukraynanı xarici işlər naziri Dmitro Kuleba təmsil edib.

İclasda çıxış edən xarici işlər nazirinin müavini Elnur Məmmədov GUAM çərçivəsində nəqliyyat, kommunikasiya, ticarət sahəsində həyata keçirilən layihələrin əhəmiyyətindən, parlamentlərarası əməkdaşlıq platforması çərçivəsində əməkdaşlıq əlaqələrindən bəhs edib.

Nazir müavini tədbir iştirakçılarına Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma işləri, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlar barədə məlumat verib. Bununla yanaşı, Ermənistanın məlum üçtərəfli bəyanatlardan irəli gələn öhdəlikləri yerinə yetirməməsi və işğaldan azad olunmuş ərazilərdə mina təhlükəsi ilə bağlı ətraflı məlumat iştirakçıların diqqətinə çatdırılıb. Ermənistan istehsalı olan minaların Laçın dəhlizindən istifadə etməklə Azərbaycan ərazisinə keçirildiyi və hərbi təxribatların davam etdiyi xüsusi olaraq qeyd edilib.

İclasın yekununda hazırki iclasın protokolu və 2 qərar qəbul olunub və sədrlik Ukraynaya təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti