...

“Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də dəyişiklik edilib

Siyasət Materials 22 Dekabr 2022 16:19 (UTC +04:00)
“Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də dəyişiklik edilib

Bakı. Trend:

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Trend xəbər verir ki, Fərmanla Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilir:

- 1.3-cü bənddən “, Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsinin fərman və sərəncamlarını, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını” sözləri çıxarılsın.

- 2.4-cü və 2.7-ci bəndlərdən “, Naxçıvan Muxtar Respublikasında isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri ilə” sözləri çıxarılsın.

- 3.1.2-ci yarımbənddən “, Naxçıvan Muxtar Respublikasında isə həm də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin tapşırıqlarını” sözləri çıxarılsın.

- 3.1.22-ci yarımbəndin ikinci cümləsi çıxarılsın.

- 3.2.2-ci yarımbənddən “, Naxçıvan Muxtar Respublikasında həm də Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsinə” sözləri çıxarılsın.

- 4.1.3-cü yarımbənddən “, Naxçıvan Muxtar Respublikasında isə həm də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə” sözləri çıxarılsın.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti