...

Prezident İlham Əliyev Azərbaycan-Tatarıstan Birgə Hökumətlərarası Komissiyasının yeni tərkibini təsdiqləyib

Siyasət Materials 24 Dekabr 2022 13:02 (UTC +04:00)
Prezident İlham Əliyev Azərbaycan-Tatarıstan Birgə Hökumətlərarası Komissiyasının yeni tərkibini təsdiqləyib

Bakı. Trend:

Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Tatarıstan Respublikası arasında ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 25 avqust tarixli 977 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

“Komissiyanın həmsədri

Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Komissiyanın üzvləri

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini

Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini

Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi sədrinin müavini

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti

Azərbaycan Respublikasının Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli

səfiri.”.

Xarici İşlər Nazirliyinə tapşırılır ki, bu Sərəncamla edilən dəyişiklik barədə Rusiya Federasiyasının Tatarıstan Respublikası tərəfinə bildiriş göndərsin.

Xəbər lenti

Xəbər lenti