Bakı. Trend:
Cari il ərzində Azərbaycan Türk Dövlətləri Təşkilatında fəal iştirak edib.
Trend-in məlumatına görə, bunu bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, təşkilat tərəfindən Zəngəzur dəhlizinin açılması istiqamətində tam dəstək ifadə olunub.
“Bu il, həmçinin, Avropa İttifaqı ilə yeni ikitərəfili sazişlərlə bağlı danışıqlar davam etdirilir. Yeni müsbət nəticələr var”, - deyə nazir əlavə edib.