Bakı. Trend:
Yalnız sülh müqaviləsi ilə bağlı deyil, bir sıra digər istiqamətlərdə də Ermənistan tərəfi müzakirə mövzusu ilə bağlı məqamları ictimai məkana sızdırır. Bu, özlüyündə ziyanverici addımdır.
Trend-in məlumatına görə, bunu bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.
"Bu, sosial şəbəkələr vasitəsilə edilir. Birincisi, bunu sızdırmaq danışıqlar prosesinə çox ziyanlıdır. İkincisi isə bu, qarşı tərəfin mövqeyini əks etdirmir", - nazir qeyd edib.