Bakı. Trend:
Laçın yolundakı son hadisələr Ermənistan üçün bir səmimiyyət testidir.
Trend-in məlumatına görə, bunu bu gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada media nümayəndələri üçün ilin yekun iclasında bildirib.
O qeyd edib ki, Türkiyə və Azərbaycan arasındakı əməkdaşlıq iki ölkə arasında ola biləcək ən yüksək səviyyədədir.
"Türkiyə Azərbaycanla yaxın həmrəylik içində Ermənistanla normallaşama prosesini davam etdirir. Laçın yolundakı son hadisələr Ermənistan üçün bir səmimiyyət testidir. Azərbaycan torpaqlarındakı sərvətin qəsb edilməsinə cəhd qəbuledilməzdir. Hər mövzuda olduğu kimi bu mövzuda da Azərbaycan yalnız deyil”, - deyə M.Çavuşoğlu əlavə edib.