Bakı. Trend:
Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Azərbaycan xalqını Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib.
Trend-in məlumatına görə, bu barədə o, feysbukda paylaşım edib.
"Qardaş Azərbaycan xalqı, biz ukraynalılar, köməyinizə, dəstəyinizə və həmrəyliyinizə görə sizə təşəkkür edirik! Qoy qarşıdan gələn 2023-cü il qəlblərinizə sevinc, evlərinizə harmoniya və ailə rahatlığı gətirsin, gözəl ölkənizdə daim əmin-amanlıq hökm sürsün! ", - paylaşımda deyilir.