Bakı. Trend:
ABŞ prezidenti Co Bayden 2024-cü ildə prezident postuna yenidən seçilmək üçün mübarizə aparmaqla bağlı yekun qərarını fevralın ortalarında elan edə bilər.
Trend xəbər verir ki, C.Baydenin yenidən namizəd olacağı və bununla bağlı elanın gözləniləndən daha tez açıqlanacağı ehtimalı hazırda yüksəkdir.
Rəsmi olaraq, qərar dövlət başçısının ABŞ Konqresinin Nümayəndələr Palatasına və Senatına “Ölkənin vəziyyəti haqqında” illik müraciəti zamanı elan oluna bilər.