...

Fransız jurnalist İran hakimiyyət orqanlarının Azərbaycana qarşı qarayaxma kampaniyasından yazıb

Siyasət Materials 11 Yanvar 2023 18:01 (UTC +04:00)
Fransız jurnalist İran hakimiyyət orqanlarının Azərbaycana qarşı qarayaxma kampaniyasından yazıb

Bakı. Trend:

Trend İnformasiya Agentliyinin Fransada təsis etdiyi "Lagazetteaz.fr" qəzetinin baş icraçı direktoru Jan-Mişel Brən qəzetdə İran İslam Respublikasının təbliğat xidmətləri tərəfindən anti-Azərbaycan təbliğatlarının davam etdirilməsi barədə məqalə dərc edib.

Trend-in məlumatına görə, məqalədə qeyd olunub ki, hərbi geyimdə olan uşaqların Azərbaycan dilində oxuduğu “Biz Azərbaycanı İrana qarşı İsraillə əməkdaşlıq etdiyinə görə cəzalandıracağıq” nəqarətli mahnısını əks etdirən videoçarx Azərbaycanı İranla birləşdirən Xudafərin körpüsünün önündə çəkilib.

“Bu Körpülər Azərbaycan üçün mühüm simvoldur. Biri 11-ci əsrə, digəri isə 13-cü əsrə aid olan bu körpülər Azərbaycan və 35 milyon azərbaycanlının yaşadığı İranın şimal-şərqini birləşdirən Araz çayı boyunca uzanır. Azərbaycanlılar üçün Xudafərin 1828-ci ildə ayrılmış iki azərbaycanlının tarixi birliyini rəmziləşdirir.

26 ildir ki, ermənilər tərəfindən işğal olunmuş bu körpüdən iranlılar Qarabağda yerləşən erməni silahlı qüvvələrinə mal, əsasən də qaçaqmalçılıq, silah-sursat, həm də narkotik daşınması üçün istifadə edirdilər.

Körpünün Azərbaycan ordusu tərəfindən azad olunması Azərbaycanın erməni işğalçıları üzərində qələbəsini möhürləyən hadisələrdən biri oldu. 2020-ci ilin noyabrında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özü ölkəsinin bayrağını körpünün sahilində ucaltdı. Azərbaycan yolu nəzarətə götürüb, bu da iranlıların narazılığına səbəb olub ki, onlar artıq Azərbaycandan keçməklə Qarabağa və Rusiyaya gömrük rüsumunu ödəmədən mal keçirə bilmirlər. Üstəlik, Zəngəzur dəhlizinin açılması İranın ticarət və tranzit üzərində nəzarəti itirməsinə səbəb olacaq”, - deyə fransiz jurnalist qeyd edib.

”Bu, hər iki ölkənin aralarındakı 700 km-lik sərhəddə güc nümayişlərinə səbəb oldu. Hətta İlham Əliyev Cəbrayıl şəhərində İsrail istehsalı olan “AI Harop” döyüş pilotsuz təyyarələrinin yanında yeni hərbi bazanın açılışında da iştirak edib.

Strateji səbəblərdən Ermənistanı dəstəkləyən İran mollaları üçün Azərbaycanla İsrail arasında hökm sürən yaxşı münasibətlər dözülməzdir, çünki bu mollalar bu ikitərəfli münasibətlərin onların özlərinə qarşı yönəlməsindən narahat olurlar. İran hətta Azərbaycanın İsrailə İran sərhədində baza yaratmasına icazə verdiyini iddia edir.

Azərbaycanın regionda güclənməsi və İsraillə müttəfiqliyi özünü ayrı-seçkiliyin qurbanı hesab edən şimaldakı azərbaycanlı əhaliyə təsirindən ehtiyat edən İran hakimiyyət orqanlarını, əsasən, narahat edir. Azərbaycan, Türkiyə və İsrail arasında münasibətlərin möhkəmlənməsinin ölkə üçün real mövcud təhlükə yaratdığını hesab edən Tehran hakimiyyətini milli birliyin dağılması spektri qorxudur”, - məqalədə əlavə olunub.

Müəllifin fikrincə, bütün bunlara baxmayaraq, münaqişənin uzanması ehtimalı region ölkələrinin heç biri tərəfindən məqbul perspektiv kimi görünmür.

”Əksinə, Bakı və Tehran ikitərəfli münasibətlərini gücləndirməkdə maraqlıdırlar və hər iki ölkənin xarici işlər naziri, Azərbaycan tərəfdən Ceyhun Bayramov və İran tərəfindən Hüseyn Əmir Abdullahiyan fikir mübadilələrini davam etdirirlər.

Lakin bu, Xudafərin körpüsü üzərində uşaqların xoru vasitəsilə mesaj ötürmək və qorxutma əməliyyatlarının qarşısını almır”, - deyə yekun olaraq məqalədə bildirirlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti