Bakı. Trend:
Ermənistan Azərbaycanla danışıqların növbəti mərhələsini keçirmək fürsətini əldən verdi.
Trend-in məlumatına görə, bunu bu gün həftəlik brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova deyib.
“Təəssüf ki, erməni tərəfi 2022-ci il dekabrın 23-də Moskvada Azərbaycanla danışıqların növbəti raundunu keçirmək üçün yaxşı fürsəti əldən verdi. Təklifimiz hələ də qüvvədədir. Biz Ermənistan və Azərbaycan XİN rəhbərləri arasında danışıqlar üçün platforma təqdim etməyə hazırıq”, - deyə o bildirib.