...

Azərbaycanın Tehrandakı səfirliyinə ölümcül hücum xəbərindən sarsıldıq - Almaniya səfiri

Siyasət Materials 27 Yanvar 2023 12:57 (UTC +04:00)
Azərbaycanın Tehrandakı səfirliyinə ölümcül hücum xəbərindən sarsıldıq - Almaniya səfiri
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Biz Azərbaycanın Tehrandakı səfirliyinə edilən ölümcül hücum xəbərindən sarsıldıq və hər cür zorakılığı pisləyirik. Düşüncələrimiz və dualarımız qurbanların ailələri ilədir.

Trend-in məlumatına görə, bunu Almaniyanın Azərbaycandakı səfiri Ralf Horleman tvitterdə qeyd edib.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti