...

Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücuma görə dərin kədərləndim - Fransa səfiri

Siyasət Materials 27 Yanvar 2023 13:35 (UTC +04:00)
Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücuma görə dərin kədərləndim - Fransa səfiri
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bu səhər Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücumdan dərin kədərləndim.

Trend-in məlumatına görə, bu baradə Fransannı Azərbaycandakı səfiri Ann Buayon tvitter hesabında qeyd edib.

"Səfirlik adından Azərbaycan Xarici İşlər Nazirliyindəki çalışan diplomatlara və silahlı hücumda həlak olan mühafizəçi Orxan Əsgərovun ailəsinə dərin hüznlə başsağlığı verirəm", - deyə bildirilib.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti