...

Küveyt dövləti bu çətin gündə Azərbaycanla həmrəydir - Küveyt XİN

Siyasət Materials 28 Yanvar 2023 09:21 (UTC +04:00)
Küveyt dövləti bu çətin gündə Azərbaycanla həmrəydir - Küveyt XİN
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Küveyt Dövləti İran İslam Respublikasının paytaxtı Tehranda Azərbaycanın səfirliyinə edilən və bir nəfərin ölümü, iki nəfərin yaralanması ilə nəticələnən silahlı hücumu qətiyyətlə pisləyib.

Trend-in məlumatına görə, bu barədə Küveyt Xarici İşlər Nazirliyinin tvitter hesabında bildirilib.

Nazirlik Küveyt Dövlətinin zorakılığa və terrora qarşı prinsipial və dəyişməz mövqe tutduğunu vurğulayıb, bu hadisədə Azərbaycan Respublikası ilə həmrəyliyini və onun yanında olduğunu qeyd edib.

Azərbaycana və həlak olanın ailəsinə dərin hüznlə başsağlığı verib, xəsarət alanların tezliklə sağalmasını diləyib.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti