...

ABŞ-dəki azərbaycanlılar terror aktı ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

Siyasət Materials 28 Yanvar 2023 14:39 (UTC +04:00)
ABŞ-dəki azərbaycanlılar terror aktı ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

Bakı. Trend:

ABŞ-da fəaliyyət göstərən Amerika Azərbaycanlıları Koordinasiya Şurası ölkəmizin İrandakı Səfirliyinə xain hücumu qətiyyətlə pisləyib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Azərbaycan icması adından beynəlxalq ictimaiyyətə ünvanlanan bəyanatda 27 yanvar 2023-cü il tarixində törədilən, Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinin təhülkəsizlik xidməti rəisinin qətli və iki əməkdaşının yaralanması ilə nəticələnən terror aktı, İranda heç bir diplomatik nümayəndəliyin, eləcə də heç bir insanın toxunulmazlığına zəmanətin olmaması ilə bağlı dərin narahatlıq ifadə edilib.

Azərbaycan əsilli amerikalılar İran xüsusi xidmət orqanlarının belə ağır cinayət əməlləri törətməsinin qarşısının alınması üçün hüquqi-siyasi müstəvidə təcili tədbirlər görülməsinin önəminə diqqəti cəlb ediblər.

İran İslam Respublikasının Azərbaycana münasibətdə Ermənistanla eyni mövqedən çıxış etməsini pisləyən soydaşlarımız ABŞ və beynəlxalq ictimaiyyəti regionda sülh və insanlıq əleyhinə yönələn cinayətlərə görə ədalətli mövqe tutmağa çağırıblar.

Xatrıladaq ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti