...

Prezident İlham Əliyev: Sülh müqaviləsi mütləq imzlanmalıdır

Siyasət Materials 28 Yanvar 2023 15:27 (UTC +04:00)
Prezident İlham Əliyev: Sülh müqaviləsi mütləq imzlanmalıdır

Bakı. Trend:

Sülh müqaviləsi mütləq imzlanmalıdır.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Misir Prezidenti Əbdülfəttah Əs-Sisi ilə mətbuata bəyanatlarla çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

"Bu gün mən hörmətli qonağımı bizim bölgəmizdə gedən proseslər barədə məlumatlandırdım. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi başa çatdı. Artıq bu münaqişə həll olundu, Qarabağ Azərbaycanın ayrılmaz hissəsi olaraq qalır və əbədi qalacaqdır. Biz işğala artıq son qoyaraq, sülhə daha da yaxınlaşmışıq. Hələ ki, sülh əldə edilməyib. Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh müqaviləsi artıq sülhün əldə edilməsinə gətirib çıxaracaq. Biz bəlli olan təklifləri irəli sürmüşük və bütün əzab-əziyyətlərə, bütün dağıntılara baxmayaraq, yenə də hesab edirik ki, sülh müqaviləsi mütləq imzlanmalıdır. Əks təqdirdə, bizim bölgəmizdə təhlükələr daha da arta bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti