...

Tacikistanın xarici işlər naziri Azərbaycan səfirliyinə hücumu qınayıb

Siyasət Materials 28 Yanvar 2023 16:17 (UTC +04:00)
Tacikistanın xarici işlər naziri Azərbaycan səfirliyinə hücumu qınayıb

Bakı. Trend:

28 yanvar tarixində Tacikistan Respublikasının xarici işlər naziri Sirojiddin Muhriddin xarici işlər naziri Ceyhun Bayramova zəng edərək ölkəmizin İran İslam Respublikasındakı səfirliyinə qarşı edilmiş silahlı hücumu qınadığını, tutulan şəxsin qısa müddət ərzində cəsasını tapmasının zəruri olduğunu vurğulayıb.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, hücum nəticəsində qətlə yetirilmiş mühafizə xidmətininin rəisinin ailəsinə və Azərbaycan xalqına başsağlığı diləklərini çatdırıb. Tacikistanın Azərbaycana daim dəstək göstərməyə hazır olduğunu bildirib.

Nazir Ceyhun Bayramov başsağlığı və dəstək diləklərinə görə dost Tacikistanın xarici işlər nazirinə minnətdarlığını bildirib. Səfirliyimizə qarşı xain terror aktının icraçısı daxil, bütün sifarişçilərin və təşkilatçıların cəzalandırılmasının tələb olunduğunu diqqətə çatdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti