...

Səfirliyə hücumla bağlı cinayətin açılması üçün beynəlxalq mexanimzlərdən də istifadə etməyi planlaşdırırıq - Nazir müavini

Siyasət Materials 29 Yanvar 2023 21:54 (UTC +04:00)
Səfirliyə hücumla bağlı cinayətin açılması üçün beynəlxalq mexanimzlərdən də istifadə etməyi planlaşdırırıq - Nazir müavini

Bakı. Trend:

Azərbaycan səfirliyinə hücumla bağlı cinayətin açılması üçün beynəlxalq mexanimzlərdən də istifadə etməyi planlaşdırıq.

Trend-in məlumatına görə, bunu yanvarın 29-da Heydər Əliyev Hava Limanında jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

"Dəfələrlə biz İran tərəfinin nəzərinə çatdırmışdıq ki, Azərbaycan Respublikasının diplomatik nümayəmdəliklərinə qarşı İran ərazisində təhdidlər var. İran tərəfindən tələb etmişdik ki, mühafizə təhlükəsizlik tədbirlərini artırsınlar. dünən baş verən hadisə onu göstərir ki, İran buna etinasız, məsuliyyətsiz yanaşmış və bu terror aktı baş verib”, - deyə X.Xələfov əlavə edib.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.

Bu gün isə yerli vaxtla 22:00 radələrində Azərbaycanın İrandakı səfirliyinin əməkdaşlarını və səfirliyə hücum zamanı şəhid olan Orxan Əsgərovun cənazəsini gətirən təyyarə Bakıda Heydər Əliyev Hava Limanına eniş edib.

Ümumilikdə Tehrandan Bakıya 53 nəfər təxliyyə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti