...

Azərbaycan XİN avtobus qəzası ilə bağlı Türkiyə tərəfinə başsağlığı verib

Siyasət Materials 5 Fevral 2023 17:36 (UTC +04:00)
Azərbaycan XİN avtobus qəzası ilə bağlı Türkiyə tərəfinə başsağlığı verib

Bakı. Trend:

Azərbaycan Xarici İşlər Nazirliyi Afyonkarahisar əyalətində baş verən avtobus qəzası ilə bağlı Türkiyə tərəfinə başsağlığı verib.

Trend xəbər verir ki, bu barədə bazar günü XİN-in "Twitter" hesabındakı paylaşımda deyilir.

"Qardaş Türkiyənin Diyarbəkir vilayətindən Bodruma gedən sərnişin avtobusunun qəzasında 8 nəfərin həlak olması, 35 nəfərin yaralanması xəbəri bizi kədərləndirdi. Allahdan həlak olanlara rəhmət, yaralananlara şəfa diləyirik.

Azərbaycan hər zaman qardaş Türkiyənin yanındadır", - deyə paylaşımda bildirilir.

Xatırladaq ki, bu gün Diyarbəkirdən Bodruma gedən sərnişin avtobusu aşıb. Qəza nəticəsində 8 nəfər həlak olub, 35 nəfər isə yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti