...

Gömrük orqanlarında xidmət haqqında Əsasnamədə dəyişiklik edilib

Siyasət Materials 8 Fevral 2023 16:12 (UTC +04:00)
Gömrük orqanlarında xidmət haqqında Əsasnamədə dəyişiklik edilib

Bakı. Trend:

Prezident İlham Əliyev Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Qanunu təsdiqləyib.

Trend xəbər verir ki, dəyişikliyə əsasən, Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 12-1-ci maddə əlavə edilir:

“12-1. Gömrük orqanlarına xidmətə qəbul ilə əlaqədar zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar vətəndaşdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir.”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti