Bakı. Trend:
Bu gün Ağdamda İdarələrarası Mərkəzin Şəhərsalma məsələləri üzrə İşçi Qrupunun iclası keçirilib.
Trend xəbər verir ki, bu barədə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov "Twitter" hesabında paylaşım edib.
Onun sözlərinə görə, iclas zamanı həyata keçirilən layihələr və qarşıda duran hədəflər haqda müzakirələr aparılıb.