...

Azərbaycan Münxendə bir daha öz siyası gücünü göstərdi - Elşad Həsənov

Siyasət Materials 21 Fevral 2023 09:10 (UTC +04:00)
Azərbaycan Münxendə bir daha öz siyası gücünü göstərdi - Elşad Həsənov

Bakı. Trend:

Münxen Təhlükəsizlik Konfransında Azərbaycan bir daha öz siyasi gücünü göstərdi.

Bunu Trend-ə açıqlamasında politoloq Elşad Həsənov bildirib.

O qeyd edib ki, ümümiyyətlə Münxen Təhlükəsizlik Kofransı çərçivəsində keçirilən plenar iclasda Ermənistanın bşa naziri Nikol Paşinyanın iştirakı nəzərəd tutulmamışdı.

"Düşünürəm ki, bunda Entoni Blinkenin müəyyən qədər təsiri oldu. Görünən budur ki, Paşinyan öz siyasətini sərbəst yeridə bilmir. Bu görüşdə də o, öz səviyyəsinə uyğun cavab verdi. Azərbaycan Prezidenti İlham Əliyevin söylədiyi ifadələrə cavab vermək əvəzinə SSRİ zamanı dağıdılan məscidlərdən danışdı - deyə politoloq bildirilib.

E. Həsənov həmçinin əlavə edib ki, Azərbaycan hər zaman tolerant ölkə olub.

"Baxmayaraq ki, Ermənistan bizə qarşı düşmənçilik siyasəti aparır, ancaq bu gündə bizim ərazimizdə ermənilər yaşayır. Bu görüş lazım və vacib idi. Azərbaycan öz diplomatiyasını yüksək səviyyədə nümayiş etdirdi. Paşinyan 2020-ci ildə baş tutan görüşdə səviyyəsini göstərdiyi kimi yenə eyni səviyyəni göstərdi. Bu mənada Azərbaycan hər zaman olduğu kimi öz siyasi gücünü nümayiş etdirdi", - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti