...

Bugünkü insident Azərbaycanın Laçın yolunda nəzarət-buraxılış məntəqəsi yaratmasının zəruriliyini göstərir - ️Nazirlik

Siyasət Materials 5 Mart 2023 14:31 (UTC +04:00)
Bugünkü insident Azərbaycanın Laçın yolunda nəzarət-buraxılış məntəqəsi yaratmasının zəruriliyini göstərir - ️Nazirlik

Bakı. Trend:

Bu gün baş vermiş insident bir daha Azərbaycan tərəfindən Laçın-Xankəndi yolunun üzərində müvafiq nəzarət-keçid məntəqəsinin yaradılmasının zəruri olduğunu göstərir.

Trend xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi bildirib.

"Ermənistanın yenə də Azərbaycanın Qarabağ iqtisadi rayonuna hərbi daşınmaları hayata keçirməsi faktı bu ölkənin Azərbaycana qarşı davam edən təcavüzü və terror siyasətidir.

Törədilmiş təxribata görə bütün məsuliyyət Ermənistan hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", - nazirlik qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti