...

Qlobal Bakı Forumu Azərbaycana böyük siyasi dividendlər gətirir - Afət Həsənova

Siyasət Materials 10 Mart 2023 14:39 (UTC +04:00)
Qlobal Bakı Forumu Azərbaycana böyük siyasi dividendlər gətirir - Afət Həsənova
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan daim beynəlxalq əməkdaşlığın və təhlükəsizliyin təmin edilməsinə böyük töhfə verməklə dünyada etibarlı tərəfdaş kimi böyük nüfuz qazanıb. 10-cu Qlobal Bakı Forumunu təşkil etməklə ölkəmiz bu missiyasını uğurlu şəkildə davam etdirir.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat qeyd edib ki, bu dəfə də forum həm iştirakçıların sayına və nüfuzuna, o cümlədən müzakirə edilən mövzuların aktuallığına görə öz mötəbərliyini qoruyub saxlayır.

““Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda keçirilən forumda 4 Prezident, 2 Baş nazir, 6 spiker və nazir, BMT-nin 5 qurumunun rəhbərlikləri, 25 sabiq prezident, 21 sabiq Baş nazir, 23 ölkənin xarici işlər nazirlərinin müavinləri olmaqla, ümumilikdə 61 ölkədən 360-dək nümayəndə iştirak edir. Bu qədər yüksək səviyyəli qonaqların iştirakı forumun vacibliyini, dünya üçün əhəmiyətini bir daha göstərir. Əlbəttə, bu, beynəlxalq aləmdə ölkəmizə olan böyük inam və etibarın daha bir göstəricisidir”, - deyə deputat bildirib.

O qeyd edib ki, beynəlxalq gündəlikdə duran qlobal məsələlərinin müzakirə olunduğu vacib platformaya çevrilən forum eyni zamanda Azərbaycana böyük siyasi dividentlər gətirir.

“Forum Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması baxımından da vacib əhəmiyyətə malikdir. Bu xüsusda forumun açılışında cənab Prezident İlham Əliyev çıxış edərək çox mühüm məqam və mətləblərə toxunması mühüm əhəmiyyət kəsb edir. Dövlət başçısı Azərbaycan həqiqətlərindən, Qarabağla bağlı haqlı mövqeyimizdən, 2-ci Qarabağ savaşındakı qələbəmizdən, yaşıl enerjinin əhəmiyyətindən, Azərbaycanın humanitar fəaliyyətindən, pandemiya ilə mübarizə istiqamətində görülmüş işlər və bu kontekstdə Azərbaycanın ümumbəşəri töhfələrindən danışdı”, - deyə A.Həsənova əlavə edib.

Deputat vurğulayıb ki, forumun əhəmiyyəti iştirakçılar tərəfindən də yüksək qiymətləndirilir. “İştirakçılar forumdan, təşkilatçılıqdan məmnun qaldıqlarını ifadə etdirlər və Azərbaycanın bu töhfəsini yüksək qiymətlərndirdilər. Bu o deməkdir ki, Azərbaycan beynəlxalq aləmdə nüfuzunu və mövqeyini daha da möhkəmləndirməkdədir. Bu bir daha onu göstərir ki, bu gün dünya siyasətində Azərbaycanın özünəməxsus yeri var. Əlbəttə Azərbaycan bu naliyyətləri cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində əldə edib”, - deyə A.Həsənova bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti