...

Makronun korsikalılara qarşı gizli müharibəsi

Siyasət Materials 13 Mart 2023 13:56 (UTC +04:00)
Makronun korsikalılara qarşı gizli müharibəsi
Elvin Səxavətoğlu
Elvin Səxavətoğlu
Bütün xəbərlər

Bakı. Trend:

Fransa hakimiyyəti uzun müddətdir Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirir. Senat və Milli Assambleyası dəfələrlə ölkəmizin əleyhinə qətnamələr qəbul edib. Həmçinin Avropa Parlamentində Azərbaycana qarşı qəbul olunan qətnamələrin əsas təşəbbüskarı fransız deputatlar olur. Bundan başqa, başda Fransa prezidenti Emmanuel Makron olmaqla, ölkənin digər siyasətçiləri Bakıya qarşı sərt fikirlər səsləndirirlər. Ölkə mediası isə vaxtarışı olaraq, Markon hakimiyyətinin sifarişi ilə Azərbaycan əleyhinə silsilə yazılar dərc etməklə gündəmə gəlirlər. Fransanın dövlət qurumları öz vətəndaşlarından çox, ermənilərin təmsilçisi rolunda çıxış edirlər.

Həm Fransa rəsmilləri, həm qanunverici orqan, həm də media Makronun göndərdiyi tezislər əsasında Azərbaycanın erməni xalqı və erməni dilinə hörmətsizlik etdiyini, Qarabağ ermənilərinin hüquqlarını təmin etmədiyini bəyan edirlər. Elə təsəvvür yaradırlar ki, guya Azərbaycan Qarabağ ermənilərinə qarşı “soyqırımı” həyata keçirib və ya təşkil etməyi planlaşdırır. Amma bir dənə də olsun fakt göstərmirlər.

Bakının əksinə olaraq, Paris hazırda qeyri-döyüş şəraitində bir xalqın mədəniyyətini və dilini tarixdən silməklə məşğuldur.

Məlumdur ki, ötən gün Korsika Məhkəməsi Fransa adasındakı dövlət müəssisələrində korsika dilinin istifadəsini qadağan edib. Bundan sonra Korsika Assambleyasında debatlar zamanı bu dildən istifadə olunmayacaq. Səbəb kimi Korsika dilindən istifadənin Fransa Konstitusiyanın 2-ci maddəsinə zidd olması göstərilir. Fransa hakimiyyətinin bu qərarı Parislə Korsikada müstəqillik tərəfdarı olan qüvvələrin münasibətini daha da kəskinləşdirib.

Həm yerli əhali, həm də Korsikanın nüfuzlu siyasətçiləri adada yalnız fransız dilinin istifadə olunması ilə bağlı qərara etiraz edirlər. Onlar bəyan edirlər ki, mərkəzi hakimiyyətin belə bir qərar verməsi ayrı-seçkilikdir və beynəlxalq qanunların pozulmasıdır. Fransa prezidenti Emmanuel Makron dəfələrlə bəyan edib ki, Korsika həmişə Parisə tabe olmalıdır, müstəqillikdən söhbət gedə bilməz.

Göründüyü kimi, Fransada korsikalılara qarşı etnik və mədəni terror dövlət səviyyəsində həyata keçirilir. Markon korsikalılara elan olunmamış müharibəyə başlayıb. Rəsmi Paris ölkə daxilində korsikalıların hüquqlarını heç sayır. Amma Fransadan minlərlə kilometr uzaqda yerləşən Azərbaycanın daxili işlərinə qarışır. Ölkənin daxildə 150 min nəfərdən çox insanın danışdığı dili qadağan edən Fransa hakimiyyəti dünyaya hansı dəyərini nümunə göstərə bilər?

Təbii ki, heç bir dəyərini…

Çünki Fransa beynəlxalq konvensiyaları pozaraq, korsikalıların hüquqlarını məhdudlaşdırır, hətta onları dilini qadağan edir. Parisin belə qeyri-demokratik davranışlarının əksinə olaraq, Azərbaycan ölkə sərhədləri daxilində yaşayan bütün xalqlara eyni münasibəti göstərir. Onları mədəni və öz dilində danışmaq hüququna hörmətlə yanaşır. Hətta Azərbaycan 44 günlük Vətən Müharibəsində elə bir hərbi əməliyyat keçirdi ki, bir nəfər də olsun, siravi erməninin burnu belə qanamadı. Bütün bunlar göstərir ki, Fransa etnik qrupların hüquqlarını təmin edilməsi məsələsində Azərbaycandan çox şey öyrənməlidir.

Xəbər lenti

Xəbər lenti