...

Avropalı deputatlar Eva Kailinin yolunu gedir - Ermənipərəst qətnamənin detalları

Siyasət Materials 15 Mart 2023 14:56 (UTC +04:00)
Avropalı deputatlar Eva Kailinin yolunu gedir - Ermənipərəst qətnamənin detalları
Elvin Səxavətoğlu
Elvin Səxavətoğlu
Bütün xəbərlər

Bakı. Trend:

Avropanın aparıcı təşkilatlarının bir qismi Azərbaycanla əməkdaşlığın, digər qismi isə Bakıya qarşı sözün həqiqi mənasında siyasi, iqtisadi və mədəni səlib yürüşü təşkil etməyin tərəfdarıdır. Bu isə “köhnə qitə”də Azərbaycanla münasibətlər baxımından parçalanmaya gətirib çıxarır.

Avropa İttifaqı Azərbaycana görə iki qanada bölündü

Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycanla hərtərəfli əməkdaşlıqda maraqlıdır. Onların Azərbaycana qarşı xoş niyyətləri verdikləri qərarlara da təzahür edir. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Cənubi Qafqazda sülhün və sabitliyin hökm sürməsi üçün Azərbaycanla Ermənistan arasında əsas vasitəçi rolunda çıxış edir. Şarl Mişelin sülhpərvər təşəbbüsləri Azərbaycan tərəfindən də müsbət qarşılanır, dəstəklənir. Bundan başqa, Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Azərbaycanla qaz və “yaşıl enerji” sektorunda əməkdaşlıq etməklə bağlı layihələrin əsas təşəbbüskarlarından biridir.

Ötən il iyulun 18-də Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenin Bakıya səfəri zamanı Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlığa dair anlaşma memorandum imzalayıb. Bundan başqa, 17 dekabr tarixində Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında yaşıl enerji sahəsində strateji tərəfdaşlıq anlaşmasına imza atılıb.

Bunun əksinə Avropa Parlamentinin sədri Roberta Metsolanın rəhbərlik etdiyi qanad daim Azərbaycana qarşı ədalətsiz münasibət sərgiləyir. Bu qanadın əsas təzyiq vasitəsi isə qətnamələrdir. Parlamentin deputatları bəlkə də Azərbaycana qarşı qəbul etdikləri qətnamələrin sayını itiriblər. Avropa Parlementi qətnamələrində əsasən Azərbaycanın beynəlxalq nüfuzunu gözdən salmağa çalışır.

Avropalı deputatlar Azərbaycan əleyhinə daha bir qərəzli qətnamə qəbul ediblər. Avroparlamentin deputatları bu dəfə də proseslərə Ermənistanın prizmasından baxıblar. Onlar hələ də “Minsk Qrupu”, “status” “Dağlıq Qarabağ” sözlərinin tarixin zibilliyinə atıldığını qəbullanmırlar. Bundan başqa, Avroparlament Ermənistanın ərazi bütövlüyünə hörmətlə yaşadığı halda, Azərbaycana qarşı açıq hörmətsizlik edir.

Qəbul etdikləri qətnamədə Azərbaycanın Ermənistan ərazisini “işğal” etdiyini xüsusi vurğulayıblar. Amma heç vaxt qətnamələrə Azərbaycanın işğal olunmuş 8 kəndi, dağıdılan məscidləri, həmçinin post-müharibə dövründə minaya düşən 300 nəfərə yaxın vətəndaşımız, 4 min nəfərə yaxın itkin həmyerlimizlə bağlı məlumatları salmırlar. Avropa Parlamentinin qətnamələrində qanunsuz erməni silahlı birləşmələrinin Azərbaycan ərazisindən çıxarılmasına, Qarabağdakı sərvətlərimizin talan edilməsinə də yer verilmir. Bu dəfə də eyni addımı atıblar. Onların əsas hədəfi Azərbaycanı Ermənistana güzəştə getməyə məcbur etməkdir.

İndi də avropalı deputatları Türkiyənin Azərbaycana dəstək vərməsi narahat edir. Onlar qətnaməyə Türkiyənin Azərbaycana dəstəyi ilə bağlı bənd salmaqla bunu açıq şəkildə bəyan edirlər. Qətnamədə qeyd olunur ki, rəsmi Ankara Bakıya dəstəyini dayandırmalıdır. Deputatlar Azərbaycana Avropa İttifaqının mülki missiyası ilə bağlı da çağırış ediblər. Onlar Ermənistan kimi Azərbaycanın da Aİ missiyasını ölkəyə buraxmasını istəyirlər. Avropalı deputatlar Azərbaycana siyasəti məsələlərlə yanaşı, ailə-məişət mövzusunda da öz istəklərini diqtə etməyə çalışırlar. Deputatların fikirincə Azərbaycan ənənəvi ailə dəyərlərinə uyğun olmayan, habelə LGBT hüquqlarını müdafiə edən məsələləri təşviq etməlidir.

Göründüyü kimi, Avroparlament Azərbaycana qarşı həm siyasi, həm də mədəni səlib yürüşü elan edib.

Bəs bu qərəzin kökündə nə dayanır?

Azərbaycanofob, islamofob, türkəfob düşüncə tərzi Avropanın bir çox qurumlarında hakimdir. Avropa Parlamenti həmin qurumların ən aqressividir. Anti-Azərbaycan qətnamənin qəbul edilməsində bu məqamın xüsusi rol oynadığını əminliklə deyə bilərik.

Avropalı deputatların Ermənistanla əlaqələrə dini təsübkeşlik nöqeyi-nəzərindən yanaşdığını xüsusi qeyd etmək lazımdır. Yəni həm avropalılar, həm də ermənilər xristian olduğu üçün bu məsələdə “birlik” nümayiş etdirməyi borc bilirlər. Bu isə tolerantlıqdan, demokratiyadan danışan Avropa üçün biabırçı bir haldır. Çünki onlar qədim və demokratik dəyərləri təbliğ edən bir qitəni təmsil edirlər. Bu səbəbdən, məsələyə hislərə deyil, faktlara əsasən mövqe bildirməlidirlər.

Məlumdur ki, bir neçə ay əvvəl Avroparlamentin Yunanıstandan olan vitse-prezidenti Eva Kailinin milyonluq korrupsiya qalmaqalı “köhnə qitə”ni silkələmişdi. Məlum olub ki, Eva Kaili və bir neçə rəsmi şəxs lobbiçilik fəaliyyəti qarşılığında rüşvət alırmış. Deputatların Azərbaycanın əleyhinə qəbul olunmuş bu dəfəki qətnamənin qarşılığında da rüşvət aldığını dəqiqliklə deyə bilərik. Çünki Eva Kailinin korrupsiya faktı göstərdi ki, avropalı deputatlar pul qarşılığında hər cür yalana imza atmağa hazırdırlar. Yəni anti-Azərbaycan qətnamə erməni lobbisi ilə avropalı deputatlar arasındakı “konyak diplomatiyası”nın nəticəsidir.

Avropalı deputatları qıcıqlandıran səbəblərdən biri rəsmi Bakının Avropa İttifaqının mülki missiyası ilə bağlı fərqli mövqe nümayiş etdirməsidir. Azərbaycan müstəqil siyasət yürütdüyü, Avropa İttifaqının mülki missiyasını ölkəyə buraxmadığı üçün Avroparlament Bakıya qətnamələrlə təzyiq göstərməyə çalışır.

Avropa Parlamentinin anti-Azərbaycan mövqeyinin nəticəsi nə ola bilər?

Məlumdur ki, İrəvan Praqa və Soçi görüşlərində Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyıb. Amma buna rəğman Avropa Parlamenti Azərbaycanın ərazi bötövlüyünü şübhə altına alan qətnamə qəbul edib. Bu qərar bölgədə uzunmüddətli sülhə təhdid törədir və prosesə zərbə vurur. Avropalı deputatların anti-Azərbaycan mövqe sərgiləməsi sülhə zərbə vurmaqla yanaşı, Ermənistandakı revanşistləri ruhlandırır. Bu məqamda Avropa Parlamenti ilana zəhər verən kərtənkələ rolunda çıxış etmiş olur. Avropa Parlamentinin belə aqressiv siyasəti İttifaqla Azərbaycan arasında mövcud olan etimad mühitinə zərbə vurur. Etimad mühitinin zədələnməsi isə Avropa İttifaqının bölgədə sülhə vermək istədiyi töhfənin effektini azaldır.

Avropalı deputatların qərarı Azərbaycanın siyasi xəttini dəyişə bilərmi?

Azərbaycan cəmiyyəti ilk dəfə deyil ki, Avropa Parlamentinin ölkəmizə qarşı qərəzli mövqe sərgiləməsinə şahidlik edir. Adıçəkilən qurum Cənub Qaz Dəhlizi layihəsinə qarşı çıxmışdı. Nəticə oldumu? Xeyr. Hazırda Azərbaycan qazı Avropa bazarına ixtac olunur. Hələ üstəlik, yeni qaz və “yaşıl enerji” müqavilələri imzalanır. Bu gün Azərbaycan regionda ən aktiv siyasət aparan dövlətdir. Rəsmi Bakının Qoşulmama Hərəkatına sədrliyi, həmçinin X Qlobal Bakı Forumunu uğurla təşkil etməsi bunun bariz nümunəsidir.

Həmçinin Avropa Parlamentinin anti-Azərbaycan mövqeyinə rəğmən, Bakı Avropa İttifaqının digər qurumları, xüsusilə Şarl Mişel və Ursula von der Leyenin rəhbərlik etdiyi strukturları ilə əməkdaşlığını davam etdirir. Ümumilikdə deputatların qərarları nə Azərbaycanın Qarabağla bağlı, nə də Avropa İttifaqı ilə əməkdaşlıq siyasətinə təsir etməyəcək.

Xəbər lenti

Xəbər lenti