...

Türkiyə MSK prezident seçkiləri ilə bağlı 11 namizədin müraciətini qəbul edib

Siyasət Materials 22 Mart 2023 00:47 (UTC +04:00)
Türkiyə MSK prezident seçkiləri ilə bağlı 11 namizədin müraciətini qəbul edib

Bakı. Trend:

Türkiyənin Mərkəzi Seçki Komissiyası (Yüksək Seçim Qurumu) mayın 14-ü keçiriləcək prezident seçkiləri üçün 11 namizədin müraciətini qəbul edib.

Trend xəbər verir ki, bu barədə qurumun məlumatında deyilir.

Məlumata əsasən, Komissiya sənədləri yoxlayıb və qərara gəlib ki, həmin şəxslərin mayın 14-də keçiriləcək prezident seçkilərində iştirak etmək üçün qanuni əsasları var. Martın 27-dək namizədlərin hər biri 100 min seçici imzası olan protokolları quruma təqdim etməlidir.

Təsdiqlənən namizədlər: Davut Turan, Doğu Perinçek, Erkan Trükter, Halil Murat Ünver, Hilmi Özden, İrfan Uzun, Muhammed Ali Fatih Erbakan, Muharrem İnce, Sinan Oğan, Tevfik Ahmet Özal, Yakup Türkal.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti