...

Birinci vitse-prezident Mehriban Əliyeva: Uca Allah etdiyiniz duaları, tutduğunuz orucu qəbul etsin! (FOTO)

Siyasət Materials 23 Mart 2023 10:24 (UTC +04:00)
Birinci vitse-prezident Mehriban Əliyeva: Uca Allah etdiyiniz duaları, tutduğunuz orucu qəbul etsin! (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında Ramazan ayının başlanması münasibətilə paylaşım edib.

Trend xəbər verir ki, paylaşımda deyilir:

"Müqəddəs Ramazan ayının başlanması münasibətilə bütün Azərbaycan xalqını və dünya müsəlmanlarını səmimi-qəlbdən təbrik edirəm! Qoy mübarək Ramazan ayı ürəklərdə saf duyğular və xoş niyyətlər oyatsın, hər bir ocağa ruzi-bərəkət, hər kəsin ailəsinə sağlıq, sevinc, səadət və əmin-amanlıq gətirsin! Uca Allah etdiyiniz duaları, tutduğunuz orucu qəbul etsin!

Dərin hörmət və sevgilərlə,
Sizin MEHRİBAN"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti