...

Əminəm ki, Fazil Mustafaya qarşı sui-qəsd edənlər tezliklə tapılacaq - vitse-spiker

Siyasət Materials 29 Mart 2023 00:47 (UTC +04:00)
Əminəm ki, Fazil Mustafaya qarşı sui-qəsd edənlər tezliklə tapılacaq - vitse-spiker
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın uğuruna sevinməyən şəxslər ölkədə çaxnaşma yaratmağa cəhd edirlər.

Trend-in məlumatına görə, bunu vitse-spiker Adil Əliyev deyib.

O bildirib ki, həmin şəxslər insanları qorxutmağa cəhd edirlər: "Bu məqsədlə bu cür hadisələr törədilir. Buna baxmayaraq Azərbaycan bu gün ən təhlükəsiz ölkələrdəndir. Bunu ölkəmizə gələn turistlər də etiraf edirlər. Əminəm ki, digər hadisələr kimi, Fazil Mustafaya qarşı sui-qəsd edənlər də tezliklə tapılacaq və layiqli cəzasını alacaqlar".

Xatırladaq ki, martın 28-də axşam saatlarında Milli Məclisin deputatı Fazil Mustafa paytaxtın Sabunçu rayonunda yaşadığı evin qarşısında odlu silahdan açılmış atəş nəticəsində xəsarət alıb. Faktla bağlı hüquq - mühafizə orqanları tərəfindən cinayət işi açılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti