...

Ermənistan son həftələrdə təcavüzkar ritorikanı davam etdirir - Ceyhun Bayramov

Siyasət Materials 30 Mart 2023 14:01 (UTC +04:00)
Ermənistan son həftələrdə təcavüzkar ritorikanı davam etdirir - Ceyhun Bayramov
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan son həftələrdə təcavüzkar ritorikanı və fəaliyyəti davam etdirir.

Trend-in məlumatına görə, bu baradə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İsrail Prezidenti İshak Hersoqla görüşü zamanı deyib.

C.Bayramov, həmçinin qarşı tərəfi post-münaqişə dövründə regionda mövcud vəziyyət, Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə apardığı genişmiqyaslı bərpa və quruculuq barədə ətraflı məlumatlandırıb. Bununla yanaşı, Ermənistan tərəfindən törədilən hərbi-siyasi təxribatlar, öz öhdəliklərindən boyun qaçırmaqla danışıqların imitasiyası, mina təhdidini davam etdirilməsi, öhdəliklərinə uyğun olaraq silahlı qüvvələrini Azərbaycandan çıxarmadığı barədə məlumatlar təqdim olunub.

Azərbaycanın bölgədə sülh və təhlükəsizliyin bərqərar edilməsi, habelə erməni sakinlərin reinteqrasiyası istiqamətində qərarlı olduğu bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti