...

TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının Bakı və Şuşada 9-cu iclası keçiriləcək

Siyasət Materials 5 Aprel 2023 22:20 (UTC +04:00)
TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının Bakı və Şuşada 9-cu iclası keçiriləcək

Bakı. Trend:

Aprelin 7-si Bakıda Azərbaycan Respublikası Prezidenti yanında UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), ADA Universiteti və Universitetin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu iclasının açılış mərasimi keçiriləcək.

Trend xəbər verir ki, açılış zamanı TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu dövr sədrliyi Türkiyə Respublikasının UNESCO üzrə Milli Komissiyasından Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasına ötürüləcək.

2023-cü il Türk dünyasının mədəniyyət paytaxtı, Şuşa şəhərində keçiriləcək iclasın bağlanış mərasimində sözügedən iclasın yekun bəyanatı qəbul ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti