...

Ermənistan dəqiq mina xəritələrini təhvil verməlidir - XİN

Siyasət Materials 13 Aprel 2023 10:38 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Keçmiş təmas xəttindən uzaqda, bir müddət əvvəl 2021-ci il Ermənistan istehsalı olan minaların aşkar edildiyi Laçın rayonunda növbəti mina partlayışı nəticəsində azərbaycanlı mülki şəxs xəsarət alıb.

Trend-in məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin tvitter hesabında qeyd edilib.

"2020-ci ildən bəri Azərbaycanın mina qurbanların sayı 290 nəfərdir. Ermənistan dəqiq mina xəritələrini təhvil verməlidir" - deyə əlavə edilib.

Xatırladaq ki, dünən Laçın rayonu Sus kəndi ərazisində heyvan otaran çoban piyada əleyhinə minaya düşüb. 2001-ci il təvəllüdlü Ramil Əzizov ayağından xəsarət alıb. O, ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən xəstəxanaya çatdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti