...

Dövlət Komissiyası itkin düşən hərbçilərlə bağlı daha bir məlumat yaydı

Siyasət Materials 13 Aprel 2023 20:23 (UTC +04:00)
Dövlət Komissiyası itkin düşən hərbçilərlə bağlı daha bir məlumat yaydı

Bakı. Trend:

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası saxlanılarkən əsgər Hüseyn Axundova qarşı ağır işgəncələrin verilməsini 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyalarının kobud şəkildə pozulması faktı kimi qiymətləndirərək qarşı tərəfin insanlığa sığmayan bu cür amansızlığını qətiyyətlə pisləyir və əsir düşmüş şəxslərlə beynəlxalq humanitar hüquq normalarına uyğun davranılmasını tələb edir.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

Dövlət Komissiyası tərəfindən əsgərlərimizin həyat və sağlamlığına qarşı yönəlmiş belə halların aradan qaldırılması və onların tezliklə azad edilməsi üçün aidiyyəti beynəlxalq təşkilatlara rəsmi qaydada müraciətlər ünvanlanaraq təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə çağırış edilib.

Qeyd edək ki, Ermənistana məxsus kütləvi informasiya vasitələrində Azərbaycan Ordusunun əsgəri, 07.04.2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğluna işgəncələrin verilməsi və onunla qəddar rəftar edilməsinə dair foto və video materiallar nümayiş etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti