...

Xarici ölkənin səfiri gizli mənbə olmağa razı oldu - Polkovnik Şamil Süleymanov Heydər Əliyevin keçirdiyi unikal əməliyyatın detallarını açıqladı (VİDEO)

Siyasət Materials 14 Aprel 2023 09:25 (UTC +04:00)
Xarici ölkənin səfiri gizli mənbə olmağa razı oldu - Polkovnik Şamil Süleymanov Heydər Əliyevin keçirdiyi unikal əməliyyatın detallarını açıqladı (VİDEO)

Bakı. Trend:

Sovetlər dövründə bəlkə də belə bir fakt olmamışdı ki, xarici ölkənin səfiri ifşa olunsun və o gizli mənbə olmağa razı salınsın. Belə bir unuikal əməliyyat məhz Heydər Əliyev tərəfindən hazırlanmş və şəxsən həyata keçirilmişdi.

Bu sözləri Trend BİA-nın “Sahil Kərimli ilə Aktual” müəllif videolayihəsinə müsahibəsində təhlükəszilik orqanlarının veteran, polkovnik Şamil Süleymanov bildirib.

Ş.Süleymanov əlavə edib ki, bu əməliyyat ittifaqın təhlükəszilik orqanları arasında yaxşı mənada böyük səs-küyə səbəb olmuşdu:

“Avropa ölkələrindən birinin səfirinin Sovet İttifaqına qarşı casusluq etməsi, gizli fəaliyyətlə məşğul olması və faktlar toplaması barədə məlumat daxil olmuşdu. Heydər Əliyev təcili peşəkar əməliyyatçıları və müstəntiqləri topladı, ciddi tapşırıqlar verdi. Həmin səfirin mənfi tərəfləri, çatışmazlıqları, boşluqları öyrənildi, haqqında məlumatlar toplandı və səfir uzun müddət nəzarətə götürüldü. Lazım olan faktlar, dəlil-sübutlar hazır olduqda Heydər Əliyev səfrilə şəxsən görüşdü. Onu fakt qarşısında qoydu. Heydər Əliyev səfirlə elə söhbətlər apardı ki, o, bizim xeyirimizə gizli mənbə olmağa razılıq verdi. Bu, olduqca nadir hadisə idi. Xarici ölkə səfrinin bizim xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb edilməsi böyük nailiyyət idi. Bütün bu uğurlar Heydər Əliyevin rəhbərliyi ilə qazanılırdı. Şəxsən mənim uğursuz əməliyyatım olmayıb. Bütün əməliyyatlarım yaxşı nəticə ilə başa çatırdı. Çünki, təlimatları, istiqamətləri Heydər Əliyevdən alırdım. Hərdən əməkdaşlar mənə zarafatla deyirdilər ki, necə olur ki, biz ayda bir əməliyyat keçirmirik, amma sən hər həftə bir uğur qazanırsan. Deyirdim ki, bunun səbəbi Heydər Əliyevin rəhbərliyi ilə işləməyimdir. Mənim bəxtim onda gətirdi ki, onun şöbəsində işə başladım.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti