...

İşsizlikdən sığorta fondunun sərbəst vəsaitindən istifadə qaydası təsdiqlənib

Siyasət Materials 17 Aprel 2023 15:30 (UTC +04:00)
İşsizlikdən sığorta fondunun sərbəst vəsaitindən istifadə qaydası təsdiqlənib

Bakı. Trend:

“İşsizlikdən sığorta fondunun sərbəst vəsaitinin investisiyaya yönəldilməsi və investisiya gəlirlərindən istifadə edilməsi Qaydası” təsdiq edilib.

Trend xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Nazirlər Kabineti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Bu Qayda “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 20.4-cü maddəsinə əsasən hazırlanıb və işsizlikdən sığorta fondunun sərbəst vəsaitinin investisiyaya yönəldilməsi və investisiya gəlirlərindən istifadə qaydasını müəyyən edir.

Xəbər lenti

Xəbər lenti